Havanın sərt küləkli və şaxtalı olmasından ilhamlanaraq, daha soyuq diyarlarda baş verən işıqlı hadisələrdən yazmaq qərarına gəldik.

  “İşıqlı Brüssel 2020” festivalı, Fevral ayının 13-dən 16-a qədər Belçikanın paytaxt şəhərini aydınladacaq. Qonaqlar bu müddət aralığında hər gün axşam saat 19.00-dan 23.00-dək şəhərin müxtəlif ərazilərini əhatə edən 15 işıq instalyasiyasından hazırlanmış yolun şahidi olacaqlar.



  Bu il sözügedən yol Brüsselin Porte de Hal, Marolles, SablonRoyal bölgələrini birləşdirəcək və ziyarətçilərə Belçikalı və əcnəbi rəssamların əsərlərini təqdim edəcək. Əsərlər müxtəlif interaktiv instalyasiya, işıq şouları və videolar ilə muşayiət olunacaq.

  Bələdçilərlə təqdim olunan bu “işıq” turları tamamilə ödənişsizdir və ziyarətçilər əlavə olaraq şəhər mərkəzində yerləşən Place d’Espagne-da təşkil olunacaq fənər balında itirak edə, minlərlə fənərlərdən ibarət səma altında rəqs edə bilərlər. İşıqlı velosiped paradı isə bütün şəhər boyu təşkil olunacaq və qonaqlar üçün növbəti əyləncəyə qapı açacaq.


 
  Bundan əlavə Horta qalereyasında “Claude Monet: The Immersive Experience’ sərgisinə tamaşa etmək və ya Porte de Hal-un 169 pilləsini qalxaraq işıqlandırılmış Brüsselə yüksəklikdən baxmaq şansı da festivalın “must-visit”lər siyahısındadır.

Yazdı: Könül Hilal