Dəyərli dostlar,

Bütün dünya üçün çətin mübarizəyə çevrilən bu ağır dönəmdə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Josep Borrell və Komissiyanın Qonşuluq və Genişlənmə Komissarı Olivér Várhelyi birgə müraciət haqırlayıblar: 

   Koronavirusun yayıldığı bu çətin vaxtda beynəlxalq əməkdaşlığın nə qədər mühüm olduğunu görə bilərik. Son onillikdə Şərq Tərəfdaşlığının Azərbaycan və Avropa İttifaqının şərq qonşuluğunda yerləşən ölkələrin insanları üçün konkret faydaları olmuşdur.

   İllərdir ki, Azərbaycan və Avropa İttifaqı mühüm tərəfdaşdaşdır. Avropa İttifaqı Azərbaycanın birinci ticarət tərəfdaşı və investorudur. Cənub Qaz Dəhlizi kimi mühüm layihə bizi fiziki olaraq birləşdirəcək, bu da Avropanın enerji diversifikasiyasını və təhlükəsizliyini təmin edəcək. Şərq Tərəfdaşlığın son 10 ilində Aİ və Azərbaycan iqtisadiyyatın, qurumların və düzgün idarəçiliyin, bağlantıların və insanlar arasında əlaqələrin gücləndirilməsi kimi bir sıra layihələr həyata keçirib.  Aİ EU4Business təşəbbüsü vasitəsilə 13 min şirkətə maliyyə vəsaiti, təlim, yeni bazarlara ixrac dəstəyi ilə yardımçı olub ki, bunula da 3300-dən çox yeni iş yerinin yaradılmasına öz töhfəsini verib. Aİ-nin Erasmus+ proqramı Azərbaycanın təxminən 1600 tələbəsinə və universitet işçilərinə Aİ ölkələrində təhsil almaq və ya dərs demək imkanı yaradıb. Azərbaycan bizim Tvinninq və TAİEX əməkdaşlıq ailətlərimizin ən yaxşı istifadəçisidir.   

   Sürətlə dəyişən dünyada faydalı əməkdaşlığımızın davam etməsini təmin etmək məqsədilə daha çox iş görməli və bunu daha yaxşı etməliyik.  Prioritetlərimizi formalaşdırmaq məqsədilə ötən il ümumi region üzrə 33 ölkəni təmsil edən insanlar, biznes qurumları, təşkilat və hökumətlərlə məsləhətləşmələr apardıq. Nail olunmuş nəticələr qiymətləndirilsə də, əməkaşlığın daha da artırılması ilə bağlı aydın gözlənti var. Bu gözləntilər daha çox iş yerləri və firavanlıq, investisiyalar, rabitənin yaradılması, yaxşı idarəçilik, eləcə də iqlim dəyişiklikləri və rəqəmsal transformasiya kimi ümumi çağırışlarla bağlıdır.

   İndi isə biz bu məsləhətləşmələrə cavab reaksiyası olaraq 2020-ci ildən sonra siyasətimiz üçün uzunmüddətli məqsədləri təqdim etdik. Şərq Tərəfdaşlığı ölkələri ilə davamlı əməkdaşlığımız Avropa İttifaqı üçün əsas prioritet olaraq qalmaqdadır. Gələcəklə bağlı təkliflərimiz iddialıdır, ancaq onlara nail olmaq mümkündür. Onlar mövcud əməkdaşlığa istinad edir, lakin daha çox iş görməli olduğumuz sahələri də müəyyənləşdirir. Onlar Aİ layihəsinin özülünü təşkil edən fundamental dəyərlərə əsaslanır. Bunlar qanunun aliliyi, insan hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizədir.

    Biz tərəfdaşlarımıza konkret olaraq aşağıdakı hədəflər üzərində birgə işləməyi təklif edirik:

  • Dayanıqlı, davamlı və inteqrasiya olunmuş iqtisadiyyat naminə birgə

   İqtisadiyyatın gücləndirilməsi vətəndaşların gözləntilərini qarşılamaq, bərabərsizliyi azaltmaq və tərəfdaşlığımızı uğurlu etmək baxımından vacibdir. Ticarətin və investisiyaların artırılması, xüsusilə nəqliyyat və enerji sahələrində olmaqla daha güclü bağlantı, təhsil, tədqiqat və innovasiyanın özəl sektorun ehtiyacları ilə daha yaxşı əlaqələndirilməsi vasitəsilə iş yerlərinin yaradılması və iqtisadi imkanlara diqqət yetirəcəyik.

  • Cavabdeh qurumlar, qanunun aliliyi və təhlükəzilik naminə birgə: Yaxşı idarəçilik və demokratik institutlar, qanunun aliliyi, anti-korrupsiya sahəsində uğurlu siyasət və təhlükəsizlik dayanıqlı inkişaf və demokratiyanın möhkəmləndirilməsi baxımından vacibdir. Onlar, həmçinin dayanıqlı dövlət və cəmiyyətlərin, eləcə də güclü iqtisadiyyatın təməlini təşkil edir.
  • Ətraf mühit və iqlimin dayanıqlılığı naminə birgə: Gələcək nəsillər üçün dünyamızı qorumaq üçün hamımız cavabdehlik daşımalıyıq. Aİ ölkələrin resurslardan səmərəli istifadəsini təkmilləşdirmək, yeni yaşıl iş yerləri yaratmaq, yerli və bərpaolunan enerji mənbələrini təşviq etmək məqsədilə tərəfdaşları ilə birgə çalışacaq.
  • Dayanıqlı rəqəmsal transformasiya naminə birgə: Aİ, Vahid Rəqəmsal Bazarın tərəfdaş ölkələrə olan faydalarını genişləndirmək məqsədilə tərəfdaşlarımızın rəqəmsal transformasiyasına daha çox investisiya yatıracaq. Birgə işimizdə həm də elektron İdarəçiliyin gücləndirilməsi, rəqəmsal startapların miqyasının genişləndirilməsi, eləcə də tərəfdaş ölkələrin kiber dayanıqlılığının dəstəklənməsinə diqqət yetirəcəyik.
  • Dayanıqlı, ədalətli və inklüziv cəmiyyətlər naminə birgə: Azad və ədalətli seçkilər, şəffaf, vətəndaş yönümlü və cavabdehlik daşıyan dövlət idarəçiliyi demokratiya üçün vacibdir. Aİ kafi məkanın verilməli olduğu vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edərək bu vacib sahələrə diqqət yetirməyə davam edəcək. O, həmçinin azad, pluralist və müstəqil media və insan hüquqlarını dəstəkləyəcək, eləcə də mobillik və insanlar arasında əlaqələri təmin edəcək. Bütün bunlar xüsusilə Aİ dəyərlərinə qarşı artan dezinformasiyaya görə xüsusilə mühümdür.

   Ötən onillikdə Aİ və şərq tərəfdaşları arasında ticarət həcmi demək olar ki, iki dəfə artmışdır. 125 mindən artıq kiçik və orta ölçülü sahibkarlar Aİ-nin maliyyə yardımından birbaşa faydalanmışdır ki, bu da 250 mindən artıq iş yerinin yaradılması və ya saxlanılması ilə nəticələnmişdir. Biz təkmilləşdirilmiş nəqliyyat əlaqələri və yüksək tutumlu genişzolaqlı şəbəkə sayəsində daha yaxşı qoşulmuşuq. Son dövrlərdə aparılmış sorğuların nəticələrinə əsasən, Aİ Şərq Tərəfdaşlığı vətəndaşları arasında ən etibarlı beynəlxalq qurumdur. Biz nəticələrə yönəlmiş bu yanaşmanı saxlayacaq və üzləşdiyimiz çağırışlara qarşı daha çox iş görəcəyik. Bunlara COVİD-19 pandemiyası kimi böhranlar da daxildir.

   Və bunun vasitəsilə daha iddialı Şərqi Tərəfdaşlıq yaradacağıq. Bu tərəfdaşlıq hamıya xidmət edəcək və ümumi qitəmizi bir-birinə daha da yaxınlaşdıracaq.