Məşhur ispan rəssamı Visente Romero Redondo 1956-cı ildə Madriddə anadan olub. Kiçik yaşlardan rəsmlə maraqlanmağa başlayan Visente  sinif yoldaşlarının və müəllimlərinin karikaturalarını çəkərək getdiyi bütün məktəblərdə qısa zamanda məşhurlaşır.


  Ailənin yaşca ən böyük uşağı olan Visente atasının işinə görə İspaniyanın müxtəlif şəhərlərində yaşayır. 15 yaşında isə yenidən Madridə köçür. Valideynləri hər zaman onun  rəssam olmağını arzılayırdılar və oğullarını bu yündə daim dəstəkləyirdilər.

  17 yaşında Visente İspaniyanın ən nüfuzlu sənət məktəbinə - bir zamanlar Salvador Dalinin oxuduğu San Fernando Ali İncəsənət Məktəbinə daxil olur. Bir müddət heykəltaraşlıqla məşğul olan Visente qısa zaman sonra anlayır ki, o yalnız rəsmlərdə özünü tam ifadə bilər.

  Məzun olduqdan sonra küçədə, daha sonra isə Aralıq dənizi adaların - Tenerife, Mallorca və İbizada portretlər çəkməyə başlayır. 1980-ci illərin əvvəllərində həyat yoldaşı ilə Kosta Bravaya yerləşirlər və məhz bu andan etibarən rəssamın yaradılığında yeni bir dövr başlayır. Onun əsas ilham mənbəyi Aralıq dənizinin füsunkar mənzərələri, gənc və gözəl modellər idi.
 
  O zamandan bəri yeni bir yaradıcılıq dövrü başladı, bunun üçün şərtlər və ilham Aralıq dənizinin ləzzətli mənzərələri, veranda və gənc gözəl modelləri olan heyrətamiz bir ev idi. İntim həssaslıq, Redondo əsərlərinin əsas motividir və onun şəkillərini görən heç kəsi laqeyd qoymur.
90-cı illərin əvvəllərindən etibarən Romeronun rəsmləri İspaniya, Fransa və Portuqaliyadakı fərdi sərgilərdə nümayiş olunur. 2001-ci ildə  o yenidən Madridə köçsə də, vaxtının yalnız bir hissəsini orada keçirir. İnanılmaz işığı və enerjisi ilə Kosta Brava, rəssamın yaradıcılığı üçün ən sevimli yeri olaraq qalır.

Yazdı: Könül Hilal